Azərbaycanda elmin büdcədənkənar vəsaitlə maliyyələşdirilməsi stimullaşdırılacaq

Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də çəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.

Bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır.

Bununla yanaşı, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib.

Ölkədə elmi kadrların hazırlanmasını tənzimləmək məqsədi ilə təşkilatların və ali məktəblərin təklifləri əsasında elmi kadrların hazırlanmasının vahid planı hazırlanması da nəzərdə tutulur. Trend

DİGƏR XƏBƏRLƏR

Top