Lavrov və Tillerson görüşəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq təşkilatının sammitində baş tuta biləcəyini söyləyib: "Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, iki ölkə arasında suallar yığılıb-qalıb, fikrimcə, bu görüş baş tutmaya bilməz".Apa

DİGƏR XƏBƏRLƏR

Top