Almaniyada dövlətin ikinci şəxsinin adı bilindi

Almaniyanın keçmiş maliyyə naziri Volfqanq Şöyble alman bundestaqının prezidenti vəzifəsinə seçilib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, gizli səsvermə 19-cu çağırış bundestaqınımn birinci iclasında keçirilib. V. Şöyblenin namizədliyini 501 deputat dəstəkləyib, 173 deputat əleyhinə səs verib, 30-u isə bitərəf qalıb. Bundestaqın prezidenti dövlətdə federal Prezidentdən sonra ikinci şəxs sayılır. Bir qayda olaraq onun namizədliyini ən çoxsaylı parlament fraksiyası irəli sürür.

DİGƏR XƏBƏRLƏR

Top