Sakinlərin nəzərinə! 478 itmiş sənəd tapıldı


"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 478 itmiş sənəd qeydə alınıb. Bu sənədlərdən 155-i sahiblərinə qaytarılıb. Tapılan sənədlərdən 311-i müvafiq strukturlara göndərilib, 12-si isə "Azərpoçt"un filiallarında qalmaqdadır. MMC-dən onu da bildiriblər ki, tapılan sənədlərin böyük əksəriyyəti şəxsiyyət vəsiqələri olub. Qeyd edək ki, "Poçtap" servisi 2017-ci ilin fevralında Bakı Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC ilə birgə işə salınıb. İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qalır, daha sonra bu sənədlər müvafiq strukturlarla göndərilir.Trend

DİGƏR XƏBƏRLƏR

Top