Yoxa çıxan planet - NASA açıqlama yaydı

Bir müddət öncə Avstraliya Beynəlxalq Universitetinin astronomları 9-cu planetlə bağlı bəzi məlumatların dəqiqləşdirildiyini açıqlamışdılar. Lakin sonradan həmin planetin yerə çırpılacağı ilə bağlı məlumatlar yayıldı. Hazırda dünya mətbuatı bu planeti "itkin planet" adı ilə təqdim edir. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən planetlə bağlı NASA da açıqlama yayıb.

Açıqlamada günəş sistemində yeni bir planetin mövcud olduğu vurğulanır: "NASA içərisində olduğumuz günəş sistemi ilə bağlı araşdırmalarını davam etdirir. "İtkin planet" olaraq bilinən 9-cu planet xeyli müddətdir elm dünyasının gündəmini zəbt edən mövzulardan biridir. Həqiqətən də 9-cu planetin varlığına dair sübutlar var".

NASA açıqlamasında iddiaların əksinə olaraq 9-cu planetin Yerə çarpılacağına dair bir sübutun olmadığını vurğulayıb: "Həmin planetin dünyadan 10 qat daha çox kütləyə sahib olduğu təxmin edilir".

Qeyd edək ki, "itkin planetin" kəşfi üçün araşdırmalar aparan, vəsait xərcləyən qurum təkcə NASA deyil. Belə ki, Avstraliya Beynəlxalq Universitetinin astronomları Günəş orbitində hərəkət etdiyi düşünülən bu planetlə bağlı daha dəqiq məlumatlar toplamaq üçün yeni bir teleskop hazırlayıb. Həmin teleskop vasitəsi ilə çəkilmiş kosmik görüntülər də artıq yayılmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top