Aprel döyüşündə yaralanan hərbçiyə süni kəllə qapağı qoyuldu

2016-cı il aprel döyüşlərində yaralanan hərbçi Yaşar Ağayev Türkiyədə Gülhanə xəstəxanasında əməliyyat olunaraq, baş nahiyəsinə süni kəllə qapağı qoyulub. “Habertürk”ün xəbərinə görə, hərbçimiz 3 dəfə Bakıda əməliyyat olunub. Lakin keçirdiyi əməliyyatlarda uğurlu nəticə əldə etməyən Y. Ağayev Türkiyədə 2 dəfə əməliyyat olunub və sentyabrın 25-də 3D printerlərin köməyilə ona süni kəllə qapağı qoyulub. “Hadisədən sonra özümə ilk dəfə baxanda, zənn etdiyiniz kimi, şok keçirmədim, soyuqqanlı davrandım. Sadəcə, “İnsan heç başından yaralanarmı? Başa dəyən güllə öldürür” deyə düşündüm.

Bədənimin sol tərəfinin işləməməyi mənim üçün daha böyük sıxıntı idi. Mən bir dəfə əziyyət çəkdim, ailəm isə hər gün kədərlənirdi. Anamın yanında heç vaxt başıaçıq olmamışam. Həmişə papaq taxırdım. Çünki o, mənə görə çox kədərlənir və ağlayırdı”, - deyə Yaşar Ağayev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top