Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir. Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 7 yanvar 2017-ci il tarixində təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.


DİGƏR XƏBƏRLƏR

Top