Rusiyada yanvar-sentyabr aylarında məhkəmələr 9 702 şirkəti müflis kimi tanıyıb.
“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Fedresurs” layihəsinin rəhbəri Aleksyey Yuxin deyib. Onun sözlərinə görə, bu rəqəm ötən ilin analoji göstəricisi ilə müqayisədə 5 faiz çoxdur: “Rüblük dinamika ilə hesablasaq, orta hesabla müflisləşmələrin sayı ümumi daxili məhsulun artımına baxmayaraq, artıq üç ildir azalmır”. A. Yuxin qeyd edib ki, 2015-ci ilin əvvəlindən rüb ərzində orta heabla 3 217 şirkət iflas olub, 2017-ci ilin üçüncü rübündə məhkəmələr bu cür 3 264 qərar qəbul edib.
Xatırladaq ki, Rusiyada 2016-cı il ərzində məhkəmələr 12,6 min şirkəti müflis elan edib, bu da 2015-ci ilə nisbətən 14 faiz azdır, lakin böhrandan əvvəlki 2013-cü illə müqayisədə 4 faiz çoxdur.