Qalmqallı dərsliklə bağlı açıqlama: "Duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir"

Xəbər verdiyimiz kimi, daha bir dərsliklə bağlı qalmaqallı fakt üzə çıxıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi" dərsliyində ciddi xətaya yol verilib. Qeyd olunur ki, kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. "Yeniavaz.com" xəbər verir ki, kitabın müəllifi, təhsil üzrə ekspert Kamran Əsədov məsələyə belə münasibət bildirib: "Bildiyiniz kimi, bir neçə gündür orta məktəblərdə X sinif üçün istifadə olunan "Ümumi Tarix" kitabı ilə bağlı kimlərsə süni ajiotaj yaratmağa çalışır. Hesab edirəm ki, bu bizim uğurlu işimizə kölgə salmaq məqsədi güdür. Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və qeyd olunan dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq tarixdən anlayışı olmayanlar durub özlərini vətənşüvən kimi təqdim edirlər.

Sadəcə o dovrün siyasi analizini apara bilməyən kimlərsə, nəsə yazmağa çalışır. Məsələn, xilafət dövrü xəritələrində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır, gülməlidir.

Atropatena ərazisi e. ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və VII cildlik Azərbaycan Tarixiinin I cildində, VI sinif Azərbaycan tarixi kitabında da bu qeyd olunub.

Yəni "Ümumi tarix" X sinif səhifə 32-də "Böyük Ermənistan"ın xəritəsi verilməyib, sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının səhədləri qeyd olunub. Ayrıca Ermənistan xəritəsi və sərhədləri yoxdur.

Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda verilib. Bizim xəritə ilə bağlı problem yaşamağımızın əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir".

DİGƏR XƏBƏRLƏR

Top