Çin, Türkiyə və İran dünyada ən çox xiyar istehsal edən ölkələrdir. "Yeniavaz.com" BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumatlara istinadən bildirir ki, dünyada istehsal olunan 72 milyon ton xiyarın 54,1 milyon tonu Çinin payına düşür. Bu da ümümi istehsalın 75%-ni təşkil edir. Bundan başqa ümumi istehsalın 1,7 milyon tonu və ya 2,4%-i Türkiyənin, 1,6 milyon tonu və ya 2,2%-i İranın payına düşüb. İl ərzində təxminən 1,1 milyon ton xiyar istehsal edən Rusiya dünyada 4-cü sırada yer alıb. Nəticədə dünya xiyar istehsalının 1,4%-i Rusiyanın payına düşüb. Bunlardan başqa il ərzində 1 milyon ton xiyar Ukraunada, 754 min ton İranda, 747 min ton ABŞ-da, 637 min ton Meksikada, 631 min ton Misirdə, 607 min ton xiyar isə Özbəkistanda istehsal olunub. Ölkəmizdə isə bu göstərici 218 min tona bərabərdir. FAO-nun məlumatına görə, Azərbaycan xiyar istehsalına görə dünyada 24-cü sırada qərarlaşıb. Keçmiş SSRİ ölkələri arasında isə Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və Belarusdan sonra 6-cı sırada yer alıb.
Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, son bir ildə Azərbaycanda xiyar istehsalı 5,6% və ya 13 min ton azalıb. Xiyar istehsalının azalması əkin sahələrinin azalması ilə əlaqədar olub. Belə ki, ötən bir il ərzində ölkədə xiyar əkilən sahələr 7% və ya 974 hektar azalaraq 12 min 940 hektara düşüb. Azərbaycanda ən çox xiyar Lənkəran rayonunda istehsal olunur. Ötən il Lənkəranda 19,6 min ton xiyar istehsal olunub. Ən az xiyar isə Sumqayıt şəhərində istehsal olunub. 2016-cı ildə Sumqayıt şəhərində cəmi 1 ton xiyar istehsal olunub.
Digər şəhər və rayonlarda isə xiyar istehsalı istehsalı bu cür olub:
ŞƏHƏR və RAYONLAR |
XİYAR İSTEHSALI ton |
Bakı şəhəri |
1491 |
Xızı rayonu |
391 |
Abşeron rayonu |
4179 |
Sumqayıt şəhəri |
1 |
Gəncə şəhəri |
70 |
Qazax rayonu |
2563 |
Ağstafa rayonu |
416 |
Tovuz rayonu |
2997 |
Şəmkir rayonu |
4706 |
Gədəbəy rayonu |
113 |
Samux rayonu |
1837 |
Göygöl rayonu |
872 |
Goranboy rayonu |
2082 |
Naftalan rayonu |
7 |
Balakən rayonu |
11327 |
Zaqatala rayonu |
4084 |
Qax rayonu |
750 |
Şəki şəhəri |
4967 |
Oğuz rayonu |
650 |
Qəbələ rayonu |
4860 |
Astara rayonu |
7502 |
Lənkəran şəhəri |
19600 |
Lerik rayonu |
401 |
Yardımlı rayonu |
209 |
Masallı rayonu |
12917 |
Cəlilabad rayonu |
814 |
Qusar rayonu |
4238 |
Xaçmaz rayonu |
9352 |
Quba rayonu |
1493 |
Şabran rayonu |
518 |
Siyəzən rayonu |
157 |
Göyçay rayonu |
1886 |
Beyləqan rayonu |
1294 |
Ağcabədi rayonu |
274 |
Bərdə rayonu |
3730 |
Neftçala rayonu |
464 |
Biləsuvar rayonu |
14043 |
Salyan rayonu |
4718 |
Yevlax şəhəri |
2015 |
Mingəçevir şəhəri |
24 |
Ağdaş rayonu |
4458 |
Ucar rayonu |
2835 |
Zərdab rayonu |
355 |
Kürdəmir rayonu |
8184 |
İmişli rayonu |
418 |
Saatlı rayonu |
3620 |
Sabirabad rayonu |
14128 |
Hacıqabul rayonu |
5384 |
Şirvan şəhəri |
242 |
Cəbrayıl rayonu |
57 |
Füzuli rayonu |
1091 |
Ağdam rayonu |
6427 |
Tərtər rayonu |
3456 |
Xocalı rayonu |
121 |
Şuşa rayonu |
9 |
Xocavənd rayonu |
92 |
Laçın rayonu |
- |
Qubadlı rayonu |
8 |
Qobustan rayonu |
92 |
İsmayıllı rayonu |
1598 |
Ağsu rayonu |
811 |
Şamaxı rayonu |
850 |
Naxçıvan şəhəri |
1431 |
Şərur rayonu |
10258 |
Babək rayonu |
9075 |
Ordubad rayonu |
1495 |
Culfa rayonu |
2430 |
Kəngərli rayonu |
1117 |
Şahbuz rayonu |
1754 |
Sədərək rayonu |
2035 |
CƏMİ |
217 843 |