Yerevanda naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb


Yerevanda silahlı kişi xəstəxananın üçüncü mərtəbəsində fasiləsiz atəş açıb. Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Şübhəli kişi silahı çantasında gizlədərək xəstəxanaya keçirib. O, atəş açdıqdan sonra gizlənə bilməyib və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tutulub. Polis atəş açan kişinin zərərsizləşdirdiyini bildirib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top