Dünya əhalisi getdikcə qocalır

Dünya əhalisi inkişaf etmiş ölkələrdədaha çox olmaqla getdikcə yaşlanır. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əhali Fondunun məumatında deyilir. Bildirilir ki, dünya əhalisinin 12,3 faizini 60 və daha yuxarı yaşda olan insanlar təşkil edirlər. 60 və daha yuxarı yaşda olan insanların sayı 2030-cu ildə dünya əhalisinin 16,5 faizini, 2050-ci ildə isə 22 faizini təşkil edəcək. Doğuş faizinin azalması və tibb sahəsindəki inkişaf yaşlı əhalinin artmasına səbəb olur. BMT-nin məlumatına əsasən, 2015-ci ildə hər 8 nəfərdən biri 60 və daha yuxarı yaşda olub. Bu göstərici 2030-cu ildə hər 6 nəfərdən birində qeydə alınacaq. Dünyada ən çox yaşlı əhali Yaponiyadadır. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildə ölkədə 100 yaşını ötənlərin sayı 65 minə çatıb. 127 milyon əhalisi olan ölkənin 33 faizini 60 və daha yuxarı yaşda olan insanlar təşkil edirlər. 2055-ci ildə yaşlı əhalinin 40 faizi keçəcəyi gözlənilir. Ən sürətli qocalma faizi Yaponiyanın ardından Avropa ölkələrində qeydə alınır. Hazırda ən çox yaşlı əhaliyə sahib region Avropa qitəsidir. Avropada əhalinin 25 faizi 60 və daha yuxarı yaşda olan insanlardır. 2050-ci ildə Afrika istisna olmaqla, bütün regionlarda 60 və daha yuxarı yaşda olan insanların sayı 25 faizi ötəcək.

DİGƏR XƏBƏRLƏR

Top