"Qəbələ" klubunun sabiq futbolçusu Marat İzmaylov Rusiyanın "Ararat" komandasını tərk edib. Tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 35 yaşlı yarımmüdafiəçi şəxsi səbəblər üzündən belə qərar qəbul etdiyini bildirib: "Bu, mənim üçün çox çətin qərardır. Lakin şəxsi səbəblərdən komandanı tərk etməli oldum".
Qeyd edək ki, Marat İzmaylov 2013-2014 mövsümünün ikinci yarısında "Qəbələ"nin formasını geyinib. Ermənilərə məxsus "Ararat"a yayda azad agent kimi transfer olunmuş İzmaylov 4 oyuna 2 qol vurub.Report