114 ölkə vetonun məhdudlaşdırılmasını istəyir

Dünyanın 100-dən çox ölkəsi BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri üçün veto haqqının məhdudlaşdırılması ideyasını dəstəkləyir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Lixtenşteynin xarici işlər naziri Aureliya Frik deyib. Fransa 2013-cü ildə veto hüququnun məhdudlaşdırılması təşəbbüsü ilə çıxış edib. Rəsmi Paris TŞ-nin beş daimi üzvünə bəşəriyyətə qarşı cinayətlər və soyqırımlarla bağlı qətnamələrin bloklanması üçün vetodan istifadə etməməyi təklif edib. Sonradan Meksika təşəbbüsün həmmüəllifi olub. A. Frik BMT Baş Assambleyası çərçivəsində iclası giriş sözü ilə açarkən bildirib ki, bu təşəbbüsə cavab müstəsna olub: “Hazırda dünyanın bütün regionlarındna olan kiçikdən böyüyədək 114 dövlət təşəbbüsə imza atıblar. Onların arasında Təhlükəsizlik Şurasının indiki üzvlərinin əksəriyyəti də var”.

Fransa xarici işlər naziri yanında dövlət katibi Jan-Batist Lemuanın fikrincə, TŞ-nin daimi üzvləri söhbət soyqırımdan gedəndə veto hüququndan könüllü imtina etməlidirlər: “Bu ideyanın reallaşdırılması BMT-nin Nizamnaməsində dəyişiklik tələb etmir. Təşəbbüs BMT TŞ-nin daimi üzvlərinin könüllü qərarına əsaslanıb. Veto haqq və imtiyaz deyil, məsuliyyətdir. Qeyd edək ki, hazırda BMT TŞ-də veto hüququndan ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin istifadə edirlər. Rusiya bu ideyanı dəstəkləmir.

DİGƏR XƏBƏRLƏR

Top