Almaniya çempionatında “Fair Play” qaydalarına zidd qol vurulub VİDEO


Futbol üzrə Almaniya çempionatının III Divizionunda VII tur çərçivəsində keçirilmiş “Karl Tseynss” – “Meppen” görüşündə “Fair Play” qaydalarına zidd olan qol vurulub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, matçın 57-ci dəqiqəsində 2:0 hesabı ilə öndə olan qonaqların futbolçusu Martin Vaqner meydan sahiblərindən Yulian Şmidt zədələnərək yerdə qaldığı üçün topu saxlayıb. Lakin həmin vaxt “Karl Tseyss”in hücumçusu Soren Eysman topu götürərək, irəliləyib və rəqib qapısıdan keçirib.

“Meppen”in məşqçilər korpusunun və futbolçularının etirazına baxmayaraq, baş hakim qolu qeydə alıb. Üstəlik, Eysman 82-ci dəqiqədə "dubl" edərək, hesabı bərabərləşdirməyə də müvəffəq olub - 2:2.

Qeyd edək ki, 8 turdan sonra “Karl Tseyss” 6 xalla sonuncu yerdədir. “Meppen” isə 9 xalla 10-cudur.Report

Alman

DİGƏR XƏBƏRLƏR

Top