Britaniyalı nazirin “Qarabağ”dan istəyi: 7-0 udun!

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib. Nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib. Nazir Azərbaycan komandasına “Çelsi”ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: “Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, “Çelsi-Qarabağ” oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq”. O, Britaniyada Tofiq Bəhramovun hörmətlə yad edildiyini bildirib: “Onun adı Britaniyanın futbol tarixinə yazılıb”.Apa

DİGƏR XƏBƏRLƏR

Top