Sinqapurun tarixində ilk qadın prezident seçilib

Sinqapurun tarixində qadın ilk dəfə prezident olub.

Bunu səsvermənin nəticələrini açıqlayan ölkənin Mərkəzi Seçki Komissiyasının sədri En Vay Çun bildirib.

İnformasiyaya əsasən, parlamentin sədri Həlimə Yakub Sinqapurun yeni prezidenti seçilib.

Məlumata görə, 63 yaşlı H.Yakub həm də 47 il ərzində malay icmasından seçilən ilk prezidentdir. Report

DİGƏR XƏBƏRLƏR

Top