Rusiya Müdafiə Nazirliyi Karib böhranı zamanı Kubada sovet vətəndaşlarının həlak olması haqqında məlumatların məxfiliyinin üstünü açıb. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, indiyədək əməliyyat zamanı həlak olan sovet hərbçilərinin dəqiq sayı barədə rəsmi məlumat dərc olunmamışdı. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, 1962-ci il avqustun 1-dən 1964-cü il avqustun 16-dək Kubada 64 sovet vətəndaşı həlak olub. Nazirlikdən qeyd ediblər ki, R-12 və R-14 ilk sovet ballistik raketləri Kubaya 9 sentyabr 1962-ci il tarixində “Anadır” məxfi əməliyyatı çərçivəsində çatdırılıb. 1962-ci ilin iyun-oktyabr aylarınd aparılmış əməliyyat Amerika raketlərinin Türkiyə və İtaliyada yerləşdirilməsinə, eləcə də ABŞ-ın Kubaya hərbi müdaxiləsi təhdidlərinə cavab tədbiri olub. Nazirlikdən qeyd ediblər ki, nüvə hərbi başlıqlı orta mənzilli raketlərin yerləşdirilməsi ideyası Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşova məxsus olub.