Azərbaycanda kim daha çox pul xərcləyir: qadınlar, yoxsa kişilər? İNFOQRAFİKA

Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyirlər. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycanda ailə başçısının qadın olduğu evlərdə adambaşına düşən aylıq istehlak xərcləri ailə başçısının kişi olduğu evlərlə müqayisədə daha çoxdur. Komitənin açıqladığı sonuncu statistik göstəricilərdə qeyd olunur ki, ailə başçısı kişi olan evlərdə adambaşına düşən aylıq istehlak xərcləri 244,1 manat olduğu halda, ailə başçısı qadın olan evlərdə adambaşına düşən aylıq istehlak xərcləri bundan 4,6% və 11,3 manat çox - 255,4 manat olub. Qadınlar yalnız siqaret, alkoqollu içkilər və nəqliyyata kişilərdən daha az pul xərcləyiblər. Digər istehlak xərclərində isə qadınlar kişilərdən daha çox pul xərcləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top