Sentyabr ayının 18-də ötən ilin aprel ayında düşmənlə döyüşdə şəhid olan Müşviq Orucovun doğum günü qeyd olunacaq. "Aprel şəhidi"nin yaxınları tərəfindən "yeniavaz.com"a verilən məlumatda bildirilir ki, bu münasibətlə sentyabr ayının 17-də saat 11:00-da anım tədbiri keçiriləcək. Anım tədbirində şəhidin həyatından bəhs edən video-rolik nümayiş olunacaq, həmçinin ehsan mərasimi və qəbirüstü ziyarət olacaq. Şəhid yaxınları tədbirdə hər kəsin iştirak etməsini və "Aprel şəhidi" Müşviq Orucovun ailəsinə mənəvi dəstək olunmasını istəyirlər.
Qeyd edək ki, tədbir Xətai rayonunda keçmiş Baş polis idarəsi ilə üzbəüz, "Nargilə" kafesinin yaxınlığında yerləşən mədəniyyət evində baş tutacaq.