Kadırov: Mən Putinin sadiq piyadasıyam

Çeçenistan Respublikasının prezidenti bəyan edib ki, Myanmadakı hadisələrlə bağlı onun çıxışını sosial şəbəkələrdə təhrif ediblər.

O bu barədə Telegram-da yazıb.

“Mənim sözlərimi təhrif ediblər, və bu məqsədyönlü şəkildə həyata keçirilib. Sonradan bu yalan altında bəzi jurnalistlər növbəti sui-qəsd nəzəriyyəsini qurmağa başlayıblar”, - Çeçenistan prezidenti qeyd edib.

Kadırovun sözlərinə əsasən, onun çıxışını eşidən hər kəs KİV-də yayılanların yalan olduğunu bilir:

“Mən əminəm ki, Rusiya heç vaxt əziyyət çəkən insanlara göstərilən köməyə mane olmayıb və olmayacaq”.

Sonda Kadırov Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildərərək, özünü onun sadiq piyadası adlandırıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top