Putin Kadırovun Moskvaya qarşı çıxmasına dair sözlərini şərh etdi

Çeçenistanın başçısı Ramzan Kadırovun Myanmada baş verən hadisələrə dair sözlərində heç bir şəxsi-qərəzlik yoxdur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib. O bildirib: “Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti barədə fikirlərinə gəlincə, hər bir insanın öz düşüncəsinin olması haqqı var. Bu onun tutduğu vəzifədən asılı deyil. Region rəhbərlərinə gəlincə, bu onlara da tam şəkildə aiddir. Sizi əmin edirəm ki, Çeçenistan rəhbəri tərəfindən heç bir şəxsi-qərəzlik yoxdur. Xahiş edirəm hamı sakitləşsin, hər şey qaydasındadır”. Xatırladaq ki, R. Kadırov daha əvvəl bəyan etmişdi ki, Rusiya Myanmada cinayət törədənləri dəstəkləsə, rəsmi Moskvanın mövqeyinə qarşı çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top