Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb

Avqustun 25-dən bu günə kimi Myanmada baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb. Bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy “The Hindu” nəşrinə müsahibəsində xəbər verib. “Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb”, - deyə o bildirib. Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.Report

DİGƏR XƏBƏRLƏR

Top