Polis Rusiya prezidentliyinə keçmiş namizədi saxladı

İş adamı, Çeçenistandan seçilmiş sabiq senator və Rusiya prezidentliyinə keçmiş namizəd Umar Cəbrayılov Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bu informasiyanın rəsmi təsdiqi yoxdur, saxlanmanın səbəbi məlum deyil. Onun Moskvadakı “Four Seasons” mehmanxanasında atəş açılması insidentində iştirak etməsi ilə əlaqədar saxlandığı ehtimal olunur. Belə ki, U. Cəbrayılov avqustun 29-da gecə saatlarında şəhərin mərkəzindəki mehmanxanada saxlanılıb. Polisə daxil olan məlumata görə, həmin mehmanxananın sakinlərindən biri qalma qaydasını pozub. Hadisə yerinə gəlmiş polis əməkdaşları öz tapançasından yuxarıya bir neçə dəfə atəş açan kişini saxlayıblar. Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Bununla belə, “Four Seasons”dan qeyd ediblər ki, U. Cəbrayılov oteldə qeydiyyatda olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top