Ağstafada piyadanı vurub qaçan sürücü saxlanılıb

Ağstafada piyadanı vurub qaçan sürücü tutulub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də rayon sakini Fuad Həsənovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü - Qarahəsənli kənd sakini Elçin Mustafayev tutulub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top