Azərbaycanda minik avtomobillərinin istehsalı 72 faiz azalıb

Bu ilin ilk 7 ayı ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 147 milyon manatlıq məhsul istehsal edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,3 faiz artıb. Yeddi ay ərzində fəvvarə armaturunun istehsalı 90,6 faiz, minik avtomobillərinin istehsalı 72 faiz, yük avtomobillərinin istehsalı 99,3 faiz azalıb, ştanqlı quyu nasoslarının istehsalı 3,6 faiz, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,7 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top