Rusiyada dünya çempionunu öldürən şəxs azərbaycanlı imiş - VİDEO

Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən şəxs Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir:

“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, - deyə İdarədən bildirilib.

Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.

Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.report

dava

DİGƏR XƏBƏRLƏR

Top