Azərbaycanda hansı peşə sahibləri daha çox işləyirlər? SİYAHI

Bu ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 150 saat təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən çox iş saatı ticarət sektorunda qeydə alınıb. Ticarət sektorunda çalışan işçilərin orta aylıq iş saatı 157,5 saata bərabər olub. Ən az işləyənlər isə təhsil sektorunda çalışanlar olub. Təhsil sahəsində fəaliyyət göstərənlərin orta aylıq iş saatı 145,3 saat təşkil edib.

Digər sahələrdə orta aylıq iş saatı belə olub:

İqtisadi fəaliyyət növləri

İş saatlarının miqdarı (saat)

Kənd təsərrüfatı

147,5

Mədənçıxarma sənayesi

150,6

Emal sənayesi

147,3

Tikinti

149,5

Ticarət

157,5

Turizm

154

İnformasiya və rabitə

151,8

Maliyyə və sığorta

149,5

Daşınmaz əmlak

149,4

Peşə, elmi və texniki

150,6

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

148,7

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

153,3

Təhsil

145,3

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

147,8

DİGƏR XƏBƏRLƏR

Top