Cənubi Koreya Prezidenti: ABŞ bizim razılığımız olmadan müharibəyə başlamayacaq

Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında dialoq bərpa olunmalıdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreya Prezidenti Mun Çje İn mətbuat konfransında deyib. Onun sözlərinə görə, dialoq yenidən bərpa olunmalıdır: “Lakin təmkinli olmaq lazımdır. On illiklər ərzində qoparılmış əlaqələrin öhdəsindən gəlmək üçün vaxt və çoxlu səy lazımdır”.

Bununla belə, dövlət başçısı qeyd edib ki, Şimali Koreya ilə dialoqun bərpa edilməsi yalnız düzgün şərtlər əsasında mümkündür. Prezident əlavə edib ki, ABŞ Koreya Respublikasının razılığı olmadan KXDR-ə qarşı hərbi əməliyyatlara başlamayacaq: “Koreya yarımadasında daha heç vaxt müharibə olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top