Türkiyə uyğurların azadlıq təşkilatını terror təşkilatı kimi tanıdı

Türkiyə Şərqi Türküstan İslam Hərəkatını rəsmi olaraq terror təşkilatı kimi tanıdı. “Yeniavaz.com” “euronews.com”a istinadən xəbər verir ki, bu barədə Çin mətbuatında məlumat yayılıb. Məlumatda bildirilir ki, bu haqda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə danışıb.

Çinin terror təşkilatı kimi qəbul etdiyi Şərqi Türküstan İslam Hərəkatı 1989-cu ildə uyğur türkləri tərəfindən Uyğur bölgəsinin müstəqillik əldə etməsi üçün qurulub.

İki ölkənin xarici işlər nazirinin görüşündən sonra Türkiyəli nazir Çinin rəsmi xəbər agentliyinə açıqlama verib: “Bölgəmizdə və ölkəmizdə Çinə qarşı təşkil olunmuş heç bir fəaliyyətə icazə verməyəcəyik. Çini hədəf alan media sənədlərini də ləğv edəcəyik”

DİGƏR XƏBƏRLƏR

Top