ABŞ Cənubi Koreyaya qırıcılar və əsgərlər göndərir

ABŞ müvəqqəti olaraq Cənubi Koreyada 12 ədəd F-16 qırıcı təyyarəsi yerləşdirəcək.

"Yeniavaz.com"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Sakit Okean Hərbi Dəniz Qüvvələrinin komandanlığının məlumatında deyilir.

Bildirilir ki, bu, Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab addımıdır: "Viskonsin ştatındakı təyyarələr və təqribən 200 hərbçi avqustdan etibarən dörd ay müddətində Kunsan aviabazasında yerləşdiriləcək. Bu addım ABŞ-ın regionda təhlükəsizliyin dəstəklənməsi və sülhün qorunması üzrə öhdəlikləri yerinə yetirməsinə sadiqliyini nümayiş etdirir".

DİGƏR XƏBƏRLƏR

Top