Dünyanın ən varlı insanı sutkadan da az müddətə yarım milyard dollar itirdi

“Amazon” onlayn-reteylerin başçısı Ceff Bezos dünyanın ən varlı insanları siyahısının birinci yerində sutkadan da az müddətə qala bilib.

“Yeniavaz.com”un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, “Microsoft” korporasoyasının qurucusu Bill Qeyts yenidən dünyanın ən varlı insanı ünvanına sahib çıxıb.

Buna səbəb “Amazon”un səhmlərinin qiymətinin kəskin ucuzlaşması olub. Bu, investorları qane etməyən maliyyə hesabatlılığın dərc edilməsindən sonra baş verib. Nəticədə qiymətli kağızların qiymətinin enməsi C Bezosun sərvətini 544 milyon dollar azaldaraq 89,3 milyard dollara çatdırıb. B. Qeyts isə 90,7 milyard dollarla reytinqin birinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, C. Bezos bir il əvvəl dünyanın ən varlı insanlarının siyahısında beşinci olub. O, şirkətin səhmlərinin 17 faizinə sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top