Ərdoğan: “Ərəblər bizi arxadan vurdu” yalanını bir kənara qoymalıyıq

Əl-Əqsa məscidi müsəlmanların üç müqəddəs ibadət yerlərindən biridir, 400 il boyunca buralar bizim nəzarətimizdədir.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib: “İslamın müqəddəs məbədlərinə düşmən ayağının dəyməməsi üçün gözlərini qırpmadan şəhid olan əsgərlərimizi və onlarla birlikdə vuruşan ərəb qardaşlarımızı xeyirlə yad edirəm. “Ərəblər bizi arxadan vurdu” yalanını artıq bir kənara qoymağın vaxtı çatıb”. R. T. Ərdoğan qeyd edib ki, I Dünya müharibəsi illərində bir sıra səhvlərə görə bütün ərəbləri ittiham etmək doğru deyil.

Prezident deyib ki, Əl-Əqsa bölgəsinə hörmət etməyən İsrail ən böyük zərəri özünün görəcəyi yola düşür: “Biz müsəlmanlar üçün mübarək məkanları qorumaq imkan deyil, iman məsələsidir. Əgər İsrail əlindəki silahlara, arxasındakı güclərə bel bağlayaraq bu cür yola gedirsə, çox böyük səhv edir. Bütün müsəlmanları, imkanı olan hər kəsi peyğəmbərimizin tövsiyyəsinə tabe olaraq Qüdsü, Əl-Əqsa məscidini ziyarət etməyə çağırıram. Gəlin Məkkə və Mədinəyə sahib çıxdığımız kimi birlikdə Qüdsə də sahib çıxaq”.

DİGƏR XƏBƏRLƏR

Top