Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb. “GeoTV” xəbər verir ki, bunu polis idarəsindən bildiriblər. Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib. Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var.Report

DİGƏR XƏBƏRLƏR

Top