Nazirlikdən xəbərdarlıq - hava şəraiti dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Bu barədə "Yeniavaz.com" saytına Nazirlikdən məlumat verilib: "Bakıda və Abşeron yarımadasında iyulun 24-dən 26-sı gündüzədək arabir güclənən şimal-qərb, şimal küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi gözlənilir".

Azərbaycanın bəzi rayonlarında iyulun 23-ü gündüzdən 25-dək arabir güclənən qərb küləyinin əsəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

DİGƏR XƏBƏRLƏR

Top