Təhsil ekspertindən Dövlət İmtahan Mərkəzinə ittihamlar

"2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanlarının bütün mərhəlləri, təşkilatçılığı əvvəlki illərlə müqayisədə kifayət qədər zəif təşkil olunub". "Yeniavaz.com" saytının məlumatına görə, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

K. Əsədov fikrini belə əsaslandırıb: "Ən ciddi problem isə bu və ya digər məsələ ilə bağlı informasiyanın əldə edilməsindədir. Şəxsi münasibətlərlə bunu əldə etmək olar, amma mən heç vaxt bundan istifadə etmirəm. Bildiyniz kimi, bir neçə ildir ki, Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət - esse imtahanı olurdu. Bu imtahandan sonra həmən fakültəyə qəbul balı 70 faiz endi və hətta həmişə azı 500+ balla qəbul aparılan Jurnalistika fakültəsi başda Bakı Dövlət Universitetində böyük sayda plan yeri boş qadı. Bu il bir sıra ixtisaslara qabiliyyət imtahanı yoxdur. Siyahını uzada bilərəm. Amma onlardan biri də aktyorluq fakültəsidir. Hər il 30-40-balla bu ixtisasa qəbul aparılırdı və ora qəbul olanlar o qədər də gəcəkdə peşəkar aktyor ola bilmirdilər. Bu ildən deyəsən, Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət tələb edn ixtisasları kimi aktyorluq ixtisasına da qabiliyyət imtahanı olmayacaq. Bunlardan daha betəri odur ki, hələ də "Abituriyent 4" jurnalı nəşr olunmayıb. Qəbul imtahanları başa çatır, artıq 80 faiz insan balını bilir. Amma hansı ixtisası seçəcək, nə qədər təhsil haqqı gedib bankdan kredit götürməlidir, onu bilmir. Ümumiyyətlə, DİM jurnallarını çap etdirməkdə həmişə gecikir. İxtisas seçiminə 10 gün qalıb, amma "Abituriyent 4" jurnalı hələ də yoxdur".

"DİM-ə pul qazanmaq lazımdır göstərdiyi xidmətlərə görə, bunu başa düşdük. Amma normal elektron xidmətlər göstərmək lazımdır. Qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat başlayandan bəri bu sistem 1 saat normal işləməyib. Ya abituriyentlər girişdə problem yaşayıb, ya da sistem işləməyib. Bu da onu göstərir ki, vətəndaşa normal xidmət göstərməkdə maraqlı deyillər.
Çox ucuz qiymətə daha keyfiyyətli xidmətlər göstərmək olar. Bu həm beynəlxalq səviyyəli imtahan və elektron xidmətlərin göstərilməsi ilə mümkündür.
Camaata niyə belə keyfiyyətsiz xidmət görməlidir ki? Xidmət haqqı göstərilən xidmətə uyğun deyil. Nə keçrilən qəbul imtahanları, nə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları, nə göstərilən texniki - elektron xidmətlər müəyyən olunmuş qiymətlərə uyğun deyil",-deyil deyə ekspert bildirib.

DİGƏR XƏBƏRLƏR

Top