Xaricdən gətirilən minik avtomobillərinin sayı kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 3 min 483 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 910 ədəd və yaxud 35,3% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 16 ədəd və yaxud 41% artaraq 55-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 749 ədəd və yaxud 33,7% artaraq 2 min 971-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 164 ədəd yaxud 65% artaraq 416-ya, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 19 ədəd yaxud 31% azalaraq 41-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top