Xaricdəki səfirlərimizin 2 yaşlı Zəhranın qətlindən xəbəri yoxdur? FOTOFAKT

Xəbər verdiyimiz kimi, 3 gün əvvəl - iyunun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. "Yeniavaz.com" xəbər verir ki, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.

Lakin qeyd edək ki, onlarla ölkənin təmsilçisi bu faciə ilə yaxından maraqlandığı halda Azərbaycanı xarici ölkələrdə təmsil edən bəzi səfirliklərimiz bu barədə susmağa üstünlük veriblər.

Dünya mətbuatında 2 yaşı Zəhranın qətlindən geniş bəhs olunsa da, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən səfirliklərimizdən bəziləri və onların veb-saytları bu barədə 1 cümlə də olsun yazmayıb.

Həmin səfirliklərimizdən bəzilərinin veb-saytlarını təqdim edirik:

Azərbaycanın Rusiyadakı səfirliyi: http://moscow.mfa.gov.az/

Azərbaycanın Avstraliyadakı səfirliyi: http://canberra.mfa.gov.az/en

Azərbaycanın Ukraynadakı səfirliyi: http://kiev.mfa.gov.az/ua

Azərbaycanın Yunanıstandakı səfirliyi: http://athens.mfa.gov.az/gr

Azərbaycanın Gürcüstandakı səfirliyi: http://tbilisi.mfa.gov.az/en

Azərbaycanın İrandakı səfirliyi: http://tehran.mfa.gov.az/ir

DİGƏR XƏBƏRLƏR

Top