Sizin iki inəyiniz var...

Ənənəvi iqtisadiyyat: sizin iki inəyiniz var. Siz onlardan birini satır və əvəzinə kəl alırsınız. Heyvanlar nəsil verir, siz həm ət, həm də süd satırsınız və sizin iqtisadiyyatınız böyüyür.

Hindistan iqtisadiyyatı: sizin iki inəyiniz var və siz onlara sitayiş edirsiniz.

Pakistan iqtisadiyyatı: sizin inəyiniz yoxdur, amma siz iddia edirsiniz hindistandakı inəklər sizə məxsusdur. Siz maliyyə yardımı üçün ABŞ-a, hərbi üçün –Çinə müraciət edir, Böyük Britaniyadan döyüş təyyarələri, İtaliyadan maşın və avadanlıq, Almaniyadan texnologiya, İsveçrədən kreditlər, Rusiyadan isə tank və araq istəyirsiniz. Bütün bunlara inək alır və sonra isə bəyan edirsiniz ki, inkişaf etmiş ölkələr sizi istismar edirlər.

ABŞ iqtisadiyyatı: sizin iki inəyiniz var, siz onlardan birini satır, digərini isə əvvəlkindən dörd dəfə çox süd verməyə məcbur edirsiniz.

Fransa iqtisadiyyatı: sizin iki inəyiniz var. Siz tətil elan edirsiniz, axı sizin hüquqlarınız tapdanıb, çünki gərək sizin ən azı dörd inəyiniz olaydı. Bu, isə insan hüquqlarının pozulması deməkdir.

Almaniya iqtisadiyyatı: Sizin iki inəyiniz var. Siz onları təkmilləşdirirsiniz və onlar yüz il yaşamağa başlayır və ildə cəmi bir dəfə süd ilə təmin edirlər

İngiltərə iqtisadiyyat: sizin iki inəyiniz var və onların hər ikisi quduzdur.

İtaliya iqtisadiyyatı: sizin iki inəyiniz var, amma onlar haradasa itiblər. Amma bu sizin vecinizə deyil, siz başınızı atıb, yatırsınız.

İsveçrə iqtisadiyyatı: sizin 5000 inəyiniz var, amma əslində onlardan heç biri sizə məxsus deyil. Amma onları öz ölkənizin ərazisində yerləşdirdiyiniz üçün inəkləri sağmaq hüququ da məhz sizə məxsusdur.

Yaponiya iqtisadiyyat: sizin iki inəyiniz var, siz onları təkmilləşdirirsiniz, onların ölçüləri 10 dəfə daha balaca olur, amma onlar 20 dəfə daha çox süd verirlər. Sonra isə siz məzəli cizgi filminə oxşar inək yaradır və dünya bazarında öz məhsulunuzu irəlilətməyə başlayırsınız.

Rusiya iqtisadiyyatı: sizin iki inəyiniz var, siz onları təkrar saymaq qərarına gəlirsiniz, sayandan sonra belə məlum olur ki, 47 inəyiniz var, şübhəli görünür, onları bir dəfə də sayrısınız, bu dəfə isə 17 alınır. Nə isə, bu işi unudub, daha bir araq butulkası açırsınız.

Çin iqtisadiyyatı: sizin iki inəyiniz var, amma düz 300 insan onları sağmaqla məşğuldur. Siz ölkədə məşğulluq səviyyəsinin və məhsuldarlığın 100% olduğunu elan edir və sizin statistikanı bilərəkdən azaldan insanları cəzalandırır – edam edirsiniz

Avstraliya iqtisadiyyatı: sizin inəkləriniz yoxdur, amma çoxlu qoyunlarınız var. Bu qoyunlar elə superdir ki...

DİGƏR XƏBƏRLƏR

Top