İran sanksiyaların ləğvindən sonra ilk qaz müqaviləsini bağlayıb

İran Fars körfəzində “Cənubi Fars” yatağının işlənməsi üzrə Fransanın “Total” və Çinin CNPC şirkətləri ilə müqavilə bağlayıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu, 2016-cı ilin əvvəlində İrana qarşı beynəlxalq sanksiyaların böyük hissəsinin aradan qaldırılmasından sonra ölkənin qaz sənayesində bağlanmış ilk sazişdir. Müqavilə 20 il müddətinə bağlanıb. “Total”ın baş direktoru Patrik Puyanne bildirib ki, şirkətin investisiya qoyuluşları yerli və beynəlxalq qanunvericiliyin normalarına ciddi əməl edilməklə həyata keçiriləcək. İlkin mərhələdə xarici sərmayədarların yatağın işlənməsinə çəkəcəyi xərclər təqribən iki milyard dollar təşkil edəcək. Birgə müəssisədə “Total” nəzarət paketini (səhmlərin 50,1 faizi), CNPC 30 faizini əldə edəcək, qalan hissə yerli “Petropars” şirkətinə məxsus olacaq. İran Energetika Nazirliyinin proqnozuna əsasən, layihə qaz qiymətlərinə əsaslanaraq 54 milyard dollar məbləğində ümimi gəlir qazandıracaq. Yataqdan çıxarılan qaz 2021-ci ildən İran bazarına gedəcək. Qeyd edək ki, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top