"Bank sistemini idarə edən iki yalançı - Rüstəmov-Aslanlı cütlüyü"

"Bank Standard"ın Kreditorlar Komitəsinin adından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası barədə məktub göndərmişəm". "Yeniavaz.com" xəbər verir ki, bu barədə maliyyə sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. Əkrəm Həsənov qeyd edib ki, söhbət yalnız bu iki qurumun həyata keçirdiyi qeyri-qənaətbəxş bank nəzarətindən getmir: "Əsas məsələlərdən biri onların müntəzəm olaraq ictimaiyyətə yalan məlumat verməsidir. Bank sistemi etimad əsasında fəaliyyət göstərən institutdur. Onun başında yalançılar duranda, hansı etimaddan söhbət gedə bilər. Dediklərimi konkret faktlarla əsaslandıracağam. Xeyr, söhbət manatın devalvasiyası zamanı Elman Rüstəmovu xalqı aldatmasından getmir. Devalvasiya artıq köhnə söhbətdir və həmin yalanın nəticəsini hamı görə bilir: Elman müəllim bu gün manatla bağlı sakitlşdirici nə deyirsə, əhali tərsinə başa düşür.
Söhbət ölkə tarixində müflis olmuş ən iri şirkətdən – “Bank Standard”dan gedir. Bu bankla bağlı gopçuluq müsabiqəsində Rüfət Aslanlı Elman Rüstəmovu da geridə qoyub. Gəlin, təkcə mətbuatda dərc olunmuş məlumatlara nəzər yetirək:
1. 2016-сı ilin may-sentyabr ayları ərzində Rüfət Aslanlının təşəbbüsü bankın sağlamlaşdırılması cəhdi oldu. “Banklar haqqında” Qanunun 57.3-cü maddəsinə əsasən bankın sağlamlaşdırılması haqda qərarı (tədbirlər planı ilə birgə) Nazirlər Kabineti təsdiq etməli idi. Lakin həmin qərar və tədbirlər planı nəinki indiyədək dərc olunmayıb, hətta Palata sağlamlaşdırılma prosesi əsnasında bildirirdi ki, plan hələ hazırlanacaq (http://fins.az/…/bank-standard-saglam-banka-chevrilecek-ruf…). Halbuki plan sağlamlaşdırılma qərarı ilə bərabər əvvəlcədən təsdiq edilməli idi. Bu isə onu göstərir ki, həm Palatanın, həm də onun təyin etdiyi müvəqqəti inzibatçının sağlamlaşdırma üzrə fəaliyyətinin qanuniliyi ciddi şübhə altındadır. Bu “sağlamlaşdırma”nın nəticəsi də indi göz qabağındadır: 1,2 mlrd. manat borcu olan bankın cəmi 195 mln. manatlıq əmlakı qalıb, təkcə vətəndaşların orada 157 mln. pulu qalıb və Aslanlı onlara qırmızı-qırmızı deyir ki, pulunuz batdı, “spekulyasiya” etməsin, “sapun köpüyü şişirməyin” və s. və i.a.
2. Amma sözügedən “sağlamlaşdırma”ya start veriləndə Aslanlı tam fərqli danışırdı. Belə ki, 10 may 2016-cı il tarixində o, jurnalistlərə bildirmişdi: “Dövlət bu bankın arxasında durub ki, bankın fiziki, eləcə də hüquqi şəxsləri öz depozitlərini itirməsin... Bankın pul vəsaitlərinin axını ilə üzləşməməsi və əhali arasında ajiotaj yaranmaması üçün işlər aparılır... Bankın bağlanması barədə heç söhbət belə yoxdur... Ona görə narahatlığa heç bir əsas yoxdur” (http://az.trend.az/business/economy/2531121.html), http://apa.az/…/rufet-aslanli-dovlet-bank-standard-a-maliyy…). 3 iyul 2016-cı il tarixində isə ANS telekanalına müsahibəsində Aslanlı demişdi: “Həftənin 1-ci günündən "Bank Standard"ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək. Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və "Bank Standard" normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq" (https://fins.az/…/bank-standarddan-qadaga-goturulur-faaliyy…). 22 iyul 2016-cı il tarixində o, bir daha deyib ki, ““Bank Standard” və “Azərbaycan Beynəlxalq Bankı” sistem əhəmiyyətli olduğundan bu banklar bağlanmayacaq” (http://m.apa.az/…/rufet-aslanli-bank-standard-in-emanetcile…). Bütün bu vədlərə baxmayaraq 30 sentyabr 2016-cı il tarixində Aslanlı Bankın lisenziyasını ləğv etdi. Bir sözlə, hamını aldatdı!
3. Ondan 4 gün əvvəl isə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi zamanı Elman Rüstəmov bildirmişdi ki, “Bankda kəskin vəziyyət aradan qaldırılıb” (https://fins.az/…/merkezi-bank-bank-standarda-ehemiyyetli-l…), Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın strateji sabitlik planının yaradılması üzərində birgə işləyirlər və Bank hökumətdən əhəmiyyətli likvidlik alıb (http://az.trend.az/business/economy/2664887.html). Beləliklə, Rüstəmov da xalqa yalan vəd vermişdi.
4. Bankın lisenziyasını ləğv edərkən Aslanlı demişdi ki, Bankda 520 mln. manat əmanət var və onun 460 mln. manatı sığortalıdır (https://sputnik.az/…/bank-standardin-emanetcilerine-460-mln…, http://news.lent.az/news/255243). Lakin Əmanətlərin Sığortalanması Fondunun rəsmi məlumatına əsasən, Bankda 600 mln. manat əmanət olub və onun yalnız 443 mln. manatı sığortalıdır. Nəzərə alsaq ki, lisenziyası ləğv olunmazdan öncə 5 ay ərzində Bank məhz Aslanlının nəzarəti altında sağlamlaşdırılırdı (daha doğrusu, buna uğursuz şəkildə cəhd edilirdi), Aslanlının bankdakı əmanət məbləğindən bixəbər olması mümkünsüzdür. Maraqlısı həm də odur ki, 22 iyul 2016-cı il tarixində Aslanlı bildirmişdi ki, bankda qorunan əmanətlərin həcmi 500 mln. manatdan artıq, ümumi əmanətlərin həcmi isə 600 mln. manat təşkil edir (http://m.apa.az/…/rufet-aslanli-bank-standard-in-emanetcile…). Göründüyü kimi, Aslanlı həmçinin ictimaiyyətə bir neçə dəfə yanlış rəqəmlər açıqlamışdır.
Bu iki nəfərin yalanlarına istinad verdiyim linklərə daxil olaraq hər kəs özü şahid ola bilər. Mən hələ mənə məlum olan yalanların üstünü açdım. Ola bilsin ki, başqaları da var. Bu cütlük öz yalanları ilə konkret olaraq bank sisteminə etimadı sarsıdır, banklar ətrafında ajiotajı artırır və dövlət başçısının apardığı iqtisadi islahatlara kölgə salır. Sonra da şivən qoparırlar ki, amandı qoymayın, kimsə rəhbərlik etdiyimiz sistemi sarsıdır. Halbuki sarsıdan özləridir və sistemə kömək etmək istəyənlərə qara yaxırlar..."

DİGƏR XƏBƏRLƏR

Top