2017-ci ilin ilk 6 ayı ərzində 1,1 milyon rusiyalı turist Türkiyədə istirahət edib. Antalya Turizm Aministrasiyasının yaydığı məlumata görə, ümumilikdə bu müddət ərzində Türkiyə istirahət mərkəzlərinə 2.8 milyon əcnəbi turist gəlib.
Qeyd edək ki, 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə Türkiyəyə gələn rusların sayı çoxalıb. 2015-ci ildə ümumilikdə 584 min rusiyalı istirahət edib. Məlumata görə, ruslar ən çox iyun ayında Türkiyədə istirahət etməyi sevirlər.
Açıqlanan digər bir statistikaya görə Antalya 2017-ci ilin ilk 6 ayı ərzində 24% Alman, 40% Holland, 56% isə Skandinaviya ölkələrindən olan turistlərini itiriblər. Əvəzində isə Ukrayna, İzrail, Qazağıstan, Belarusiya, və Polşadan Antalyaya gələn turistlərin sayı artıb. fins.az