Antalyada yeni temperatur rekordu qeydə alınıb

Türkiyənin Antalya vilayətində yeni temperatur rekordu müəyyən edilib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Antalya vilayətində havanın temperaturu müsbət 45,4 dərəcəyə çatıb. Sonuncu dəfə burada müsbət 45 dərəcədən artıq isti hava 88 il əvvəl, 1929-cu ildə müşahidə edilib. Antalyada əvvəlki müsbət 45 dərəcəlik rekord isə 2000-ci il iyulun 12-də qeydə alınıb. Bundan əvvəl İstanbul şəhərində də yeni temperatur rekordu müəyyən edilib. Belə ki, iyunun 29-da İstanbulda havanın temperaturu müsbət 37,2 dərəcəyə çatıb. Bu, son 106 ildə ən yüksək göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top