Mingəçevirdə Polis Günü qeyd edilib FOTOLAR

Mingəçevir Şəhər Polis İdarəsində 2 iyul Polisi Günü münasibətilə tədbir keçirilib. "Yeniavaz.com" xəbər verir ki, asayiş keşikçiləri əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Cavid Muradov təqvimin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanının yaradıldığını qeyd edib və Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirib. Daha sonra ölkəmizdə 2 iyulun Azərbaycan Polisi Günü kimi qeyd olunmasının isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rəis 1998-ci il 24 may tarixli fərmanı ilə bu günün Azərbaycan Polisi Günü kimi qeyd edildiyini nəzərə çatdırıb. Polis polkovniki Cavid Muradov Daxili İşlər Naziri polis-general polkovniki cənab Ramil Usubovun polisin peşə bayramı münasibəti ilə təbriklərini və xoş arzularını diqqətə çatdırıb. Qeyd olunub ki, nazirliyin əmrinə əsasən xüsusi rütbəli polis kapitanı Mingəçevir Şəhər Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis baş leytinantı Məmmədov Zaur Ələm oğlu DİN-də əla xidmətlərinə görə döş nişanına layiq görülüb, Şəhər Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis mayoru Əhmədov Rəşad Mustafa oğluna təşəkkür elan olunub.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinə insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorunması işində uğurlar arzulayıb.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin şəhər şöbəsinin rəisi Şahin Xəlilov da çıxış edərək səmimi təbriklərini çatdırıb.

Tədbirdə polis veteranlarıda çıxış ediblər. Onlar öz təbriklərində ölkəmizdə əmin-amanlığın və sabitliyin qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. Onlar qeyd ediblər ki, polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir, bu gün Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırıldığını söyləyiblər.

Tədbirin sonunda xidmətdə fərqlənən Şəhər Polis İdarəsinin bir sıra əməkdaşlarına Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib. Şəhər Polis Şöbəsi tərəfindən bayram münasibəti ilə xidmətdə fərqlənən bir qrup polis əməkdaşlarına pul mükafatı təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top