Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub-VİDEO

Bakı-İstanbul sərnişin avtobusu Yevlax rayonunda yük maşını ilə toqquşub. Hadisə Bakı-Qazax magistralının rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Süleyman Əkinçinin idarə etdiyi sərnişin avtobusu, 1986-ci il təvəllüdlü Tariyel Məmmədovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü T.Məmmədov və avtobusda olan bir nəfər sərnişin yüngül xəsarət alıb. Faktla bağlı araşdırmalara başlanılıb.Report

avtobus qeza

DİGƏR XƏBƏRLƏR

Top