Bakı-Qazax magistralında ağır qəza VİDEO

Bakı-Qazax magistralının 72-ci kilometrliyində iki yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. İki yük maşını “Audi” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik maşını yararsız vəziyyətə düşüb. Həmin maşında olan kişi və uşaq ağır xəsarət alıb. Kişinin ayağının sındığı bildirilir. Əraziyə “Təcili yardım” briqadası və yol polisinin əməkdaşları gəlib. Hələ ki, yaralıların şəxsiyyəti müəyyənləşdirilməyib.

qeza

DİGƏR XƏBƏRLƏR

Top