Kiyevdə partlayış olub: bir nəfər ölüb, iki nəfər yaralanıb

Kiyevin Solomensk rayonunda avtomobilin partlaması nəticəsində sürücü ölüb, iki nəfər yaralanıb. Bu haqda Kiyev polis idarəsi məlumat yayıb. İnformasiyaya əsasən, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən partlayıb. Avtomobilin salonunda sürücünün tək olduğu bildirilib. Partlayış nəticəsində avtomobilin hissələri uçaraq, müxtəlif istiqamətlərə düşüb. Partlayışın səbəbini müəyyən etmək məqsədi ilə hadisə yerində mütəxəssislər fəaliyyət göstərir. report

DİGƏR XƏBƏRLƏR

Top