Moldovanın baş naziri AŞPA-da Qarabağ münaqişəsini nizamlamağa çağırıb

Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. “Yeniavaz.com”un Ermənistan mətbuatına istənadən verdiyi məlumata görə,bu barədə AŞPA-nın yay sessiyasının açılışında çıxışı zamanı Moldovanın Baş naziri Pavel Filip bildirib.

Gürcüstan və Ukraynada münaqişələrdən danışan, Moldovanın Baş naziri Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq ərazi bütövlüyü prinsipi əsasında problemin həllinin vacibliyini vurğulayıb.

Pavel Filip bildirib ki, münaqişələr bu ölkələrin inkişafına mənfi təsir edir və o,AŞPA-nı onların həlli istiqamətində səylərini artırmağa çağırıb. Baş nazir deyib ki, Avropa Şurası da bu istiqamətdə dialoq təşkil etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top