“Gmail” istifadəçilərinin poçtu daha skan edilməyəcək

“Google” şirkəti “Gmail” istifadəçilərinin poçtunu daha skan etməyəcək. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu şirkətin bulud servislərinin rəhbəri Dayan Qri deyib. Bu funksiya reklamın personallaşdırılması üçün istifadə olunur. Yeniliyin 2017-ci ildə işə salınması planlaşdırılır, lakin şirkət nümayəndələri dəqiq tarixi açıqlamayıblar. Şirkətdən deyiblər ki, elan istənilən vaxt dəyişməyin mümkün olduğu istifadəçi tənzimləyicilərinin əsasında göstəriləcək. Həmçinin, reklamın personallaşdırılmasını dayandırmaq mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top