Mingəçevirdə güclü leysan fəsadlar törədib FOTOLAR

Mingəçevir şəhərində dünən gecə saat 12 radələrində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib. "Yeniavaz.com" saytının verdiyi məlumata əsasən, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, sakinlərin tərəvəzinə və xeyli sayda ev quşlarına ziyan dəyib. Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində olarkən gördüyümüz mənzərədən bir neçə kadrları lentə aldıq.Şəhər sakini Cəfərzadə Şəhla deyir ki,gecə saat 12 də yağan güclü leysan nəticəsində evim tamamilə lil palçıqla dolub:”Qonşuların köməyi ilə 3 uşaqla gecənin yarsı çölə töküldük. Lakin küçələrimizdə seldən-palçıqdan keçilməz olduğuna görə getməyə yer tapmırdıq. Gecənin bir təhər evinə az ziyan dəyən qonşuda keçirdik. Amma bu gün 1 xəstə oğlan uşaqı və iki qız uşağı ilə çöldə qalmışam. FHN-dən gəlib yaşadığımız mənzilə baxdılar. Bizə bildirdilər ki, evininiz qəzalı vəziyyətdədir evə girmək qadağan olub. İndi bilmirəm mən neyləyim .Aidiyyatı qurumlardan kömək istəyirəm. Dİgər sakin Zakirov Tahir isə deyir ki,axşamdan yağan güclü yağış nəticəsində bizə də külli miqdarda ziyan dəyib: "Səhər evdən çıxıb işə gedə bilmədik. Evin zirzəmisi həyatyanı sahəmiz tamamilə bərbad vəziyyətinə düşüb.Bu hər il biz sakinlərin başına gəlir.Dəfələrlə aidiyyatı qurumlara demişik amma nəticəsi olmayıb. Hazırda ərazidə selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub. Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər. Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb.

Esmira Hidayətova, Mingəçevir

DSC_0587.JPG görüntüleniyor

DSC_0575.JPG görüntüleniyor

DSC_0577.JPG görüntüleniyor

DSC_0561.JPG görüntüleniyor

DSC_0585.JPG görüntüleniyor

DİGƏR XƏBƏRLƏR

Top